Azərbaycan dili, Türk dilləri qrupuna aid bir dil. Azərbaycan Respublikasının rəsmi dövlət dilidir.Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya Federasiyası ərazisində yayılmışdır. Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ermənistandan azərbaycanlıların qovulması nəticəsində bu ölkədə Azərbaycan dilində danışan əhali qalmamışdır.Azərbaycan dilində təxminən 50 milyon əhali danışır .Azərbaycan Respublikası ərazisində bu dilinin 4 dialekti vardır:
Şərq dialekti- Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektikləri, Qərb dialekti- Qazax, Qarabağ, Gəncə dialektləri, Şimal dialekti- Nuxa və Zaqatala-Qax dialektləri, Cənub dialekti- Naxçıvan, Ordubad, İrəvan dialektləri, Dialektlər bir-biri ilə fonetik və leksik xüsusiyyətlərinə görə fərqlənirlər. Azərbaycan türkcəsi Türkiyə türkcəsinə və qıpçaq türkcəsinə daha yaxındır. Fonetik xüsusiyyətinə görə: ə fenomenin bütün pozisiyalarda işlənmə tezliyi ilə fərqlənir.
|