İstifadəçi paneli

Dost saytlar

Hava Haqqında



Şəhərləri buradan seçin

Qiymətləndirmə

Saytın qiymətləndirilməsi
Yekun Nəticə: 41



Saytda olanlar 1
Qonaq 1
İstifadəçi 0


02.12.2024, 17:39
| RSS
AZƏRBAYCAN DÜNYAM MƏNİM

Baş
TARİXİ MƏLUMATLAR


DÜNƏNİMİZ, BU GÜNÜMÜZ, SABAHIMIZ


         Xalqımızın, ölkəmizin zəngin keçmişi vardir. Respublikamızın ərazisində bu diyarın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyən çoxlu Arxeoloji abidələr mövcuddur. Alimlərin Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma və digər mağaralarda üzə çıxardıqları Arxeoloji tapıntılar tarixi Azərbaycan torpaqlarında ibtidai insanların formalaşdığını təsdiqləyir.


            Heç təsadüfi deyil ki, respublikamızın ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.


            Xalqımız təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycanın ərazisində ilk dövlət qurumları hələ eramızdan əvvəl  IV minilliyin sonu- III minilliyin əvvəlindən başlayaraq yaşamışdır.Eramızdan əvvəl I minillikdə- bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan ərazisində Manna, İskit, Atropatena və Albaniya kimi o dövr üçün qüdrətli sayılan dövlətlər mövcud olmuşdur.


VII əsrdə İslam dininin yayılması ilə Azərbaycan torpaqlarında ərəb xilafətinin hökmranlığı başlamışdır. IX əsrin ortalarından etibarən ərəb xilafətinin süqutundan sonra Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şaddadilər dövlətləri yaranmışdır. Lakin, bu dövlətlərin heç biri qüdrətli deyildi. Bunlar tez süqut etdilər və Azərbaycan Böyük Səlcuq imperaporluğunun tərkibinə daxil oldu.


            Səlcuq imperatorluğunun dağılmasından sonra yaranan Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutur. Eldənizlərin hakimiyyəti dövründə bütün Azərbaycan torpaqlari vahid dövlətin tərkibində birləşdi. Azərbaycan dilinin yayıldığı ərazilər genişləndi. XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyətinin daha yüksək səviyyəyə qalxdığını söyləmək mümkündür. Bu dövrdə Şərqdə böyük nüfuza malik Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin başında Azərbaycan sülalələri dayanırdılar. Uzun Həsənin dövründə Ağqoyunlu Yaxın və Orta Şərqin qüdrətli dövlətinə çevrilmişdi. Onun nəvəsi Şah İsmayıl Xətainin  yaratdığı Səfəvi dövləti bütün Azərbaycan  torpaqlarını birləşdirdi.


            Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə Azərbaycan sərkərdəsi Nadir şah gəldi. O, Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Lakin Nadir şahın güclü mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı və onun ölmündən sonra  Azərbaycan xanlıqlara parçalndı.


            XVII əsrin sonlarından etibarən Azərbaycan İranla Rusiya arasında uzun sürən qanlı müharibələr meydanına çevrildi. Bu iki imperiya arasında 1813 –cü ildə bağlanan Gülüstan və 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrinə əsasən Azərbaycan iki yerə parçalandı. Şimali Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibində qaldı.


            Rusiyanın və İranın yürütdüyü imperiya siyasəti xalqımızın azadlıq, müstəqil dövlət qurmaq arzularını  səngidə bilmədi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika – Azərbaycan xalq Cümhuriyyəti yaradıldı. Bu cümhuriyyət cəmi 23 aydan sonra süqut etsə də, Azərbaycan dövlətçiliktarixində parlaq bir səhifə oldu.


            Respublikamız 1920-1991-ci illərdə Sovet Sosialist Respublikaları İttifaqı adlanan nəhəng dövlətin tərkibində yaşamışdır.Bu dövr ziddiyyətli bir dövr olmuşdur. Sovet hakimiyyəti illərində adət-ənənələrimizə, mənəvi dəyərimizə, dilimizə təzyiqlər göstərilsə də, xalqımız öz milli varlığını qorumağa nail oldu və böyük inkişaf  yolu keçdi, elm-təhsil, mədəni inkişaf sahələrində samballı nailiyyətlər qazandı.


            1991-ci ildə xalqımız böyük xöşbəxtliyə qovuşdu. XX yüzillikdə ikinci dəfə özünün müstəqil dövlətini qurdu.Bu dövrdən başlayaraq respublikanın daxilində böyük dəyişikliklər baş verdi. Azərbaycan iqtisadi inkişaf tempinə görə bütün dünyada öncül mövqeyə çıxdı.


            Azərbaycanın sabaha açılan pəncərəsi geniş və işıqlıdır. Mən bu pəncərədən müstəqilliyimiz getdikcə möhkəmlənməsi, ölkəmizin qüdrətinin artmasını görürəm.


dizayn Həsənov Fizuli © 2024