Azərbaycan Manatı, Azərbaycan Respublikasının pul vahididir.
Qəpiklər: 1, 3, 5, 10, 20, 50 qəpik
Əskinaslar: 1, 5, 10, 20, 50, 100 manat
Yeni Azərbaycan manatı 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuşdur. Milli Bankın sifarişi əsasında Vitam Reklam Şirkəti tərəfindən hazırlanan təqdimat mərasimi Excelsior Hoteldə baş tutmuşdur. Təqdimat mərasimində ölkə prezidenti və yüksək vəzifəli dövlət məmurları ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri də iştirak etmişlər.
|